DSX-dan növbəti əməliyyat: 18 kq-dan çox narkotik ələ keçirildi
22 iyul 2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölməsinin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hərəkətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmələrinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşyalarına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.
Saxlanılmış şəxslərin Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az