Hərbi təyyarə qəzası ilə bağlı video saxta imiş

Hərbi təyyarə qəzası ilə bağlı video saxta imiş
  26 İyul 2019    Oxunub:5590
"Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür"
Azvision.az xəbər verir ki, bunu sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən video-görüntü ilə bağlı Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, yayılan video-görüntünün heç bir əsası yoxdur və yalandır: "Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq".



Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Mİq29   Qəza   Video  





Xəbər lenti