General itkin düşən pilotun ailəsinə baş çəkib

  General itkin düşən pilotun ailəsinə baş çəkib
  26 İyul 2019    Oxunub:8436
Xəbər verdiyimiz kimi, iyulun 24-də saat 22.00 radələrində təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Naməlum şəraitdə baş vermiş aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Hazırda pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir. Hərbi hissə komandirinin müavini olan Atakişiyev tanınmış politoloq Qabil Hüseynlinin kürəkənidir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az -a bildirib ki, pilotun axtarışları ilə bağlı hələlik yeni xəbər yoxdur.



“Bizə heç bir məlumat verilməyib. Yeni məlumat almaq üçün H.Z.Tağıyev qəsəbəsinə gedəcəyik. Orada uçuşlar dayandırılıb. Axtarışlar barədə məlumatlar hadisə ilə əlaqədar yaradılan qərargaha gəlir. Hazırda ora gedib vəziyyətlə maraqlanacağıq".

Q.Hüseynli qeyd edib ki, dünən müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov və digər rəhbər şəxslər Atakişiyevin evində gələrək, onun ailəsinə təskinlik veriblər.

Aytən Zəhra
Azvision.az



Teqlər: Pilot   Atakişiyev  





Xəbər lenti