Afaq Abbasova ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

Afaq Abbasova ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
  25 İyul 2019    Oxunub:2233
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova İtaliyada keçiriləcək beynəlxalq Tagliacozzo festivalında çıxış etmək üçün dəvət alıb.
Opera və Balet Teatrının mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, son illərdə İtaliyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında qarşılıqlı əlaqələr çərçivəsində çox maraqlı lahiyələr gercəkləşib.

İtaliyadan dəvət olunmuş dirijor və vokalçılar Azərbaycan Opera və Balet Teatrının səhnəsində çıxış edir, Teatrda italiyalı sənətkarlar və vokal ustalarının yaradıcılığını əks etdirən sərgilər təşkil olunur və s. Belə layihələrin həyata keçirilməsi zamanı azərbaycanlı vokalçılarla birlikdə çıxış edən italyan vokal ustaları Afaq Abbasovanın ifasını çox bəyənib və festivalın bədii rəhbəri, İtaliyanın tanınmış dirijoru Jakopo Sipari di Peskasseroli A.Abbasovanı festivalda çıxış etmək üçün dəvət edib.

A.Abbasova avqustun 1-də 35-ci dəfə kiciriləcək bu mötəbər tədbirin açılış mərasimində çıxış edəcək, İtaliyanın tanınmış vokalçıları ilə bir səhnəni bölüşəcək.

Gənc vokalçımızın Azərbaycanlı vokalçılar içərisindən ilk dəfə belə mötəbər bir tədbirə dəvət alması heç şübhəsiz ki, onun yüksək istedadının göstəricisi və bütünlükdə milli vokal sənətimizin uğurudur.

Azvision.az





Teqlər:





Xəbər lenti