İki rayonda qaz xətləri avtomobillə zədələnib

İki rayonda qaz xətləri avtomobillə zədələnib
  25 İyul 2019    Oxunub:1652
Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib.



Bununla əlaqədar olaraq saat 13:10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb. Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar, nəticədə 85 abonentin qaz təchizatı dayandırılıb.

Azvision.az


Teqlər: Beyləqan   Şabran   Azəriqaz  





Xəbər lenti