Yeni dərs ilinə 322 adda dərslik çap edilib

Yeni dərs ilinə 322 adda dərslik çap edilib
  25 İyul 2019    Oxunub:2857
2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.

Azvision.az


Teqlər: Təhsil   Dərslik  





Xəbər lenti