Gömrükdə siqaret və içki əməliyyatı

Gömrükdə siqaret və içki əməliyyatı
  24 İyul 2019    Oxunub:1305
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 6800 ədəd siqaretlərin və 15 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "BMW528" və "Opel Vectra" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.



Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 6800 ədəd"King" markalı siqaretlər, hər biri 1 litr olmaqla 15 ədəd "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.

Hər iki faktlabağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Siqaret   İçki  





Xəbər lenti