Gömrükdə telefon əməliyyatı

Gömrükdə telefon əməliyyatı
  24 İyul 2019    Oxunub:1503
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda müxtəlif yerlərdə gizlədilmiş 16 ədəd "İphone XS MAX", 2 ədəd "İphone X" markalı mobil telefonlar, 6 ədəd qidalandırıcı başlıq, 8 ədəd USB kabel və 18 ədəd "qulaqlıq" aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: Gömrük   Telefon  





Xəbər lenti