Narkomanlığın zərəri barədə tədris vəsaitləri hazırlanacaq

Narkomanlığın zərəri barədə tədris vəsaitləri hazırlanacaq
  24 İyul 2019    Oxunub:1371
Ölkəmizdə narkomanlığın zərəri barədə zəruri metodiki-tədris vəsaitləri hazırlanacaq və internet resurslarında yerləşdiriləcək.
Azvision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, bu tədbirlər Səhiyyə, Daxili İşlər, Təhsil nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mütəmadi olaraq icra edilməlidir.

Azvision.az



Teqlər: Narkomanlıq  





Xəbər lenti