Ağdamda 17 məscid ermənilər tərəfindən dağıdılıb

  Ağdamda 17 məscid ermənilər tərəfindən dağıdılıb
  23 İyul 2019    Oxunub:2806
“Bu gün Ağdamın ermənilər tərəfindən işğalından 26 il ötür. Ermənilər zəbt etdikləri digər yaşayış məskənləri kimi, Ağdamda da bütün abidələri və məscidləri dağıdıblar”

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
"Ermənilər Azərbaycanın işğal etdikləri ərazilərində xeyli sayda mədəni abidələrimizi və məscidlərimizi dağıdıblar. Bizdə Ağdamda 17 məscidin ermənilər tərəfindən dağıdılması ilə bağlı məlumatlar var", - deyə komitə sədri bildirib.

Azvision.az



Teqlər: Ağdam   Məscid   Mübariz-Qurbanlı  





Xəbər lenti