XİN Yukiya Amanonun vəfatı ilə bağlı başsağlığı verib

XİN Yukiya Amanonun vəfatı ilə bağlı başsağlığı verib
  22 İyul 2019    Oxunub:1666
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amanonun vəfat ilə bağlı başsağlığı verib.
Azvision.az -ın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun vəfatı bizi dərindən kədərləndirdi. O, böyük diplomat və nüvənin yayılmamasını dəstəkləyən biri idi. Onun ailəsinə baş sağlığı veririk”, - qeyd olunub.

Azvision.az


Teqlər: XİN   MAQATE  





Xəbər lenti