Miqrasiya könüllüləri arasında şahmat yarışı təşkil edilib

Miqrasiya könüllüləri arasında şahmat yarışı təşkil edilib
  22 İyul 2019    Oxunub:1758
Beynəlxalq Şahmat Günü münasibətilə “Miqrasiya könüllüləri” arasında şahmatın sürətli növündə yarış keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, turnir Dövlət Miqrasiya Xidməti, Vüqar Həşimov adına Şahmat Akademiyası və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Akademiyanın prezidenti Qasım Həşimov Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun idman karyerası və parlaq qələbələri haqqında yarış iştirakçılarına məlumat verib. Daha sonra Akademiyanın müəllimi, əməkdar məşqçi Anar Allahverdiyev könüllülərə şahmat üzrə master-klass keçib.

Dairəvi sistem üzrə 5 turdan ibarət yarışda 24 könüllü mübarizə aparıb. Turnirin qalibi fəal gənc Elçin Osmanov olub. 2 və 3-cü yerə Miqrasiya könüllüləri Vüsal İsmayılov, Müseyib Şirəliyev çıxıblar.

Qalib və mükafatçılar diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Turnir çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Vüqar Həşimov adına Şahmat Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

Azvision.az


Teqlər: Miqrasiya  





Xəbər lenti