İrana gedən azərbaycanlıların sayı 71,4 faiz artıb

   İrana gedən azərbaycanlıların sayı 71,4 faiz artıb
  22 İyul 2019    Oxunub:2565
2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2540,9 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edib Azərbaycan Respublikası vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil, 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Azvision.az


Teqlər: DSK   Səfər  





Xəbər lenti