BNA festivalının marşrut xətlərini açıqladı

BNA festivalının marşrut xətlərini açıqladı
  20 İyul 2019    Oxunub:1726
"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatları planına uyğun olaraq daşımalar davam etdirilir.
Bakı Nəqliyyat Agentliyində Azvision.az -a verilən məlumata görə, plana uyğun olaraq festivalın açılış mərasiminə bilet alan tamaşaçıların daşınması 21.07.2019-cu il tarixində iki ekspress marşrut xətti vasitəsi ilə həyata keçiriləcək. a) X1 xətti üzrə avtobuslar (28 May m/st – Bakı Kristal Zalı) b) X2 xətti üzrə avtobuslar (Elmlər Akademiyası m/st – Bakı Kristal Zalı)

X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspress xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək.

Mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.

BNA bilet alan vətəndaşlardan mərasim keçirilən məkana ekspress marşrut avtobuslarından istifadə edərək getmələrini xahiş edib.

Azvision.az


Teqlər: BNA   Marşrut   Festival  





Xəbər lenti