Prezident Belçikalıların Kralını təbrik edib

Prezident Belçikalıların Kralını təbrik edib
  20 İyul 2019    Oxunub:1950
Azərbaycan Prezident İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Belçikalıların Kralı Əlahəzrət Filippi təbrik edib.
Azvision.az -ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı belçikalıları öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram”.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti