Azercell jurnalistlərə 1875 dəqiqə hədiyyə edəcək

Azercell jurnalistlərə 1875 dəqiqə hədiyyə edəcək
  20 İyul 2019    Oxunub:1925
1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın artıq 144-cü ildönümüdür.
Ölkədə və dünyada gedən prosesləri, gündəmdə olan məsələləri işıqlandıran, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verərəkölkənin lider mobil operatoru Azercell Telekom jurnalistləri bu əlamətdar gün münasibətilə özünəməxsus şəkildə təbrik edir.

Beləliklə, “Mediacell” tarif paketinin bütün istifadəçiləri Milli Mətbuat günündə şirkətdən hədiyyə olaraq 1875 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcək.Hədiyyə dəqiqələrindən yararlanmaq üçün 22 iyul tarixi ərzində 1875 açar sözünü 5005 qısa nömrəsinə göndərmək kifayətdir. Mediacell tarifinin abunəçiləri hədiyyə qismində təqdim olunan danışıq dəqiqələrindən 30 gün ərzində faydalana biləcək.

Mətbuat nümayəndələri üçün“Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan Azercell,ölkəmizdə jurnalistikanın inkişafına yardım edən layihələri hər zaman dəstəkləmiş, bu istiqamətdə bir çox təşəbbüslər həyata keçirmişdir.

Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini vermiş, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaratmışdır. Vurğulamaq istərdik ki, indiyədək 400-dən çox jurnalist Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olmuşdur.

Azercell Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır!

Azvision.az


Teqlər: Azercell  





Xəbər lenti