Bu küçələrdə "Sarı zolaq" qadağası başladı - Siyahı
Sürücülərə və avtomobil sahiblərinə bildiririk ki, bu zolaqlar üzrə hərəkətin 40 manat məbləğində cərimə edilməsi əsas məqsəd deyil. Əsas məqsəd odur ki, bu günədək ölkəmiz bir çox beynəlxalq dərəcəli idman oyunlarına ev sahibliyi edib və yüksək göstəricilər əldə edib. Bu göstəricilərin də əldə edilməsi hərəkət iştirakçılarının yol polisi ilə həmrəyliyinin nəticəsində mümkün olub. Bir daha sizi həmrəyliyə çağırırıq.
Qeyd edək ki, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejimində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq. Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə tədbirlərin keçirildiyi ərazilər və onlara bitişik bütün küçə və yollar, prospektlər yol polisi tərəfindən nəzarətə götürüləcək. Tədbirlərin keçirildiyi ərazilər istiqamətində yarış iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə sarı rəngli xüsusi işarələnmiş, Olimpiya zolağı kimi tanınan avtomobil zolağı ilə hərəkətə quraşdırılmış kameraların köməyi ilə nəzarət ediləcək. Məlumat üçün bildiririk ki, bu zolaqların çəkildiyi ərazilərdə “hərəkət qadağandır” yol nişanı da quraşdırılıb.
Azvision.az