Biləsuvar sakinindən 6 kq narkotik götürülüb

Biləsuvar sakinindən 6 kq narkotik götürülüb
  19 İyul 2019    Oxunub:1498
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini P.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən isə 2 kiloqram 443 qram heroin, 572,682 qram metamfetamin və 3 kiloqram 245 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti