Yay Olimpiya Festivalında 41 təcili yardım briqadası işləyəcək

 Yay  Olimpiya Festivalında 41 təcili yardım briqadası işləyəcək
  19 İyul 2019    Oxunub:1517
Səhiyyə naziri Oqtay Şirəliyev 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı əmr imzalayıb.

Nazirlikdən Azvision.az –a verilən məlumata görə, əmrdə 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadalarının növbə çəkəcəkləri qeyd edilib.
Bu, ayın 29-na qədər davam edəcək. Bundan əlavə bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. Əgər yarış iştirakçılarından yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Aytən Zəhra
Azvision.az



Teqlər: SN   Təciliyardım  





Xəbər lenti