Ölkəmizdə yaşayan qanunsuz miqrantların sayı açıqlanıb

   Ölkəmizdə yaşayan qanunsuz miqrantların sayı açıqlanıb
  18 İyul 2019    Oxunub:1485
Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Xidmət rəisi qeyd edib ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrdəndir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: DMX   Miqrant  





Xəbər lenti