86 nəfər qaçqın statusu almaq üçün DMX-yə müraciət edib

   86 nəfər qaçqın statusu almaq üçün DMX-yə müraciət edib
  18 İyul 2019    Oxunub:1960
"Bu ilin 6 ayında qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə 86 müraciət olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 müraciət çoxdur".

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
V.Hüseynov hansı ölkələrin vətəndaşlarının qaçqın statusu almaq üçün müraciət ediyini açıqlayıb: "Bu ölkələr Liviya, Əfqanıstan, Pakistan və İrandır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Miqrasiya   Müraciət   Qaçqın-statusu  





Xəbər lenti