Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb - FOTO

   Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb -    FOTO
  18 İyul 2019    Oxunub:3807
Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb. Ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib.



Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. Ümumilikdə isə qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək. Görüləcək işlər zamanı bürclərarası qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yol salınacaq.

Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər.

Azvision.az


Teqlər: Şabran   Çıraqqala   Abidə  





Xəbər lenti