5 yaşlı uşağa tam bilet satan kassir cəzalandırıldı

 5 yaşlı uşağa tam bilet satan kassir cəzalandırıldı
  17 İyul 2019    Oxunub:2433
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gəncə şəhərinə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı məsələni araşdırıb.
Azvision.az xəbər verir ki, bu barədə BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

O bildirib ki, xəbər yayılmadan öncə ailə üzvlərindən biri onlarla əlaqə saxlayıb, məsələ araşdırılıb və sərnişinin doğru dediyi təsbit edilib və ödədiyi artıq məbləği gəlib götürməsi xahiş olunub:

"Satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq. Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. O zaman özbaşınalıq olardı ki, məsələ tam diqqətdən kənar qalardı”, - deyə P.Məmmədova vurğulayıb.

Azvision.az


Teqlər: Avtovağzal   Bakı  





Xəbər lenti