Xarici siyasətlə bağlı tövsiyələr hazırlanıb

Xarici siyasətlə bağlı tövsiyələr hazırlanıb
  17 İyul 2019    Oxunub:1520
İyulun 15-16-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirəsi çərçivəsində regional və tematik mövzular üzrə seminar-müzakirələr keçirilib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xarici İşlər nazirinin müavinləri - Xələf Xələfov, Ramiz Həsənov, Mahmud Məmməd-Quliyev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, eləcə də XİN-in digər rəsmiləri iştirak ediblər.

Müzakirələr zamanı xarici siyasətimizin müxtəlif aspektləri və üzləşdiyi çağırışlar barəsində geniş fikir mübadiləsi aparılıb. Xarici siyasət sahəsində işin səmərəliliyinin artırılması və əlaqələndirmənin gücləndirilməsi məqsədilə tövsiyələr hazırlanıb.

Eyni zamanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonda bu tədbirin keçirilməsinə görə iştirakçılar tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə və onun rəhbərinə təşəkkür ifadə edilib.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti