Azərbaycanda vəkilə cinayət işi açıldı

Azərbaycanda vəkilə cinayət işi açıldı
  16 İyul 2019    Oxunub:3615
Azərbaycanda vəkilə qarşı cinayət işi başlanıb.
Azvision.az xəbər verir ki, 12 saylı Vəkil bürosunun vəkili Vüqar Poladov Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunur.

Onunla birlikdə Misir Əmirov da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Onlar barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Vəkillər Kollegiyasından APA-ya bildirilib ki, V. Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.

Azvision.az



Teqlər: Vəkil   Cinayət-İşi  





Xəbər lenti