Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq - Nazirlikdən açıqlama

 Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq -  Nazirlikdən açıqlama
  16 İyul 2019    Oxunub:1442
İndiyədək sahələrdən əksər hallarda istixana üsulu ilə yetişdirilmiş məhsul yığılıb. Yəni bazarlarda olan bostan-tərəvəz məhsullarının böyük bir qismi istixana məhsullarıdır. Açıq sahə məhsullarının kütləvi yığımı havaların yağıntılı keçməsi ilə əlaqədar hələ başlamayıb.
Azvision.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. onun sözlərinə görə, bir neçə müddətdir xüsusilə Qərb bölgəsində, Şimal rayonlarımızda yağıntıların davam etməsi açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə fermer məhsulu yığaraq bazara çıxara bilmir.

"Yağıntıların azalması ilə məhsulun kütləvi yığımına başlanacaq. Bazarda məhsulun bollaşması ilə qısa müddətdə qiymətlərin ucuzlaşacağı gözlənilir. Bu ilk hal deyil, yay mövsümündə qiymətlərdə hava şəraiti ilə əlaqədar enib-qalxmalar əvvəllər də qeydə alınıb. Yəni, yağıntılarla əlaqədar pomidor gec yetişib, məhsul yğımı azalıb, lakin hava şəraiti normallaşan kimi qısa müddətdə bazarda bolluq yaranıb və qiymətlər ucuzlaşıb".


Aytən Zəhra
Azvision.az



Teqlər: KTN   Bahalaşma  





Xəbər lenti