Türkiyə gəmisinə hücum: 10 dənizçi qaçırıldı

 Türkiyə gəmisinə hücum: 10 dənizçi qaçırıldı
  16 İyul 2019    Oxunub:1377
Nigeriya sahillərində içərisində 18 nəfərin olduğu Türkiyəyə məxsus gəmiyə hücum edilib.
Azvision.az türk mətbuatına istinadən xəbər verir ki, hücum edən şəxslər Türkiyə bayrağı altında üzən “Paksoy-I” yük gəmisindən 10 dənizçini qaçırıblar.

Qaçırılanların kimlikləri araşdırılır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Dənizçi   Nigeriya   Türkiyə  





Xəbər lenti