Şəkidə xəsarət alanların vəziyyəti necədir? - Açıqlama

 Şəkidə xəsarət alanların vəziyyəti necədir? -  Açıqlama
  16 İyul 2019    Oxunub:2661
Şəki Xan Sarayının həyətində olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanlardan 2 nəfər müalicəsini davam etdirir.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Qeyd edilib ki, Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır.

Aytən Zəhra
Azvision.az




Teqlər: Səhiyyə   Şəki  





Xəbər lenti