Ceyhun Səfərov mətbuat katibi təyin olunub

 Ceyhun Səfərov mətbuat katibi təyin olunub
  16 İyul 2019    Oxunub:5739
“Azəriqaz” İstehsalat Birliyinə yeni mətbuat katibi təyin edilib.
Azvision.az xəbər verir ki, “Azəriqaz”ın İctimiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Ceyhun Səfərov gətirilib.

Birliyin baş direktoru Əkbər Hacıyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev isə Şikayətlərin araşdırılması şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, C.Səfərov 2003-cü ildən ATV kanalında çalışıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz   Mətbuat  





Xəbər lenti