Sabirabadın mərkəzi bazarında yanğın olub

 Sabirabadın mərkəzi bazarında yanğın olub
  16 İyul 2019    Oxunub:2546
16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Azvision.az




Teqlər: Yanğın   Bazar   FHN  





Xəbər lenti