Azərbaycanda maqnit qasırğası var?

   Azərbaycanda maqnit qasırğası var?
  16 İyul 2019    Oxunub:2595
Ötən gün Günəş fəallığı çox aşağı səviyyədə olub.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, Günəş diskində ləkə müşahidə olunmayıb. Həmin dövrdə elektron seli normal səviyyədə olub. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında qeydə alınıb.

Bildirilir ki, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub. Növbəti günlər (17 iyula qədər) üçün Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü effektinin geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılırdə.

Proqnozlara görə, maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.

Azvision.az


Teqlər: Rəsədxana   Qasırğa   Maqnit  





Xəbər lenti