Qaradağda məişət və təkər tullantıları yanıb

Qaradağda məişət və təkər tullantıları yanıb
  15 İyul 2019    Oxunub:1348
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda yanğın olması barədə məlumat daxil olub.

Azvision.az -ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən dağlıq ərazidə 100 m2 sahədə məişət və təkər tullantıları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti