Vergilər naziri Qəbələdə qəbul keçirəcək

Vergilər naziri Qəbələdə qəbul keçirəcək
  15 İyul 2019    Oxunub:1484
Vergilər naziri Mikayıl Cabbarov 19 iyul 2019-cu il tarixində Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küç. 27) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonları sakinlərini qəbul edəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 15-18 iyul 2019-cu il tarixlərində Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə İsmayıllı, Balakən və Qax rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti