AQTA bu magistrların təhsil haqqını ödəyəcək

   AQTA bu magistrların təhsil haqqını ödəyəcək
  15 İyul 2019    Oxunub:1993
Baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyənin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədlərin nəzərinə!
Azvision.az xəbər verir ki, AQTA magistr təhsili almaq üçünTürkiyə universitetlərinə qəbul olunmuş şəxslərin təhsil haqqını ödəyəcək.

Agentlik həmin şəxsləri müsahibəyə dəvət edir. Müsahibə nəticəsində seçilən şəxslərlə müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.

Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyul ayının 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Azvision.az


Teqlər: AQTA   Təhsil  





Xəbər lenti