Məktəblimiz beynəlxalq olimpiadada bürünc medal qazanıb

Məktəblimiz beynəlxalq olimpiadada bürünc medal qazanıb
  15 İyul 2019    Oxunub:2114
7-14 iyul 2019-cu il tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. Azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkəmizi təmsil edən şagirdlərdən Cəlilabad şəhəri 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadada uğurla iştirak edib. Merac Məmmədov bürünc medala layiq görülüb.

Azvision.az


Teqlər: Olimpiada   Medal  





Xəbər lenti