Həyətində çətənə əkən şəxs saxlanıldı

Həyətində çətənə əkən şəxs saxlanıldı
  13 İyul 2019    Oxunub:1551
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Goranboy RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 24 ədəd çətənə kolu aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynovun yaşadığı evindən və həyətindəki tövlədən ümumi çəkisi 5 kiloqram 727 qram narkotik vasitə olan qurudulmuş marxiuana aşkar edilərək götürülüb. Hər iki faktla əlaqədər Goranboy rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Narkotik   Goranboy  





Xəbər lenti