Hulusi Akar Esperlə "S-400"-ləri müzakirə edib

   Hulusi Akar Esperlə "S-400"-ləri müzakirə edib
  13 İyul 2019    Oxunub:3183
Türkiyə milli müdafiə naziri Hulusi Akarla ABŞ müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Mark Esper arasında telefon danışığı olub.

Azvision.az xəbər verir ki, söhbət zamanı əsas müzakirə mövzusu Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket kompleksləri olub.
Danışıq zamanı Akar, Türkiyənin hava və raket təhdidi altında olduğunu, bu baxımdan “S-400” zenit raket komplekslərinin alınmasının seçim yox, məcburiyyət olduğunu vurğulayıb. O qeyd edib ki, Patriot təklifi məsələsində isə müzakirələr davam edir.

Türkiyə mili müdafiə naziri bildirib ki, “F-35” qırıcıları ilə bağlı layihənin icrasında dəyişiklik olmamalıdır. Bundan başqa Akar qeyd edib ki, “S-400” alışı ölkənin strateji mövqeyində dəyişiklik kimi qəbul edilməməlidir. Nazir vurğulayıb ki, iki ölkə arasında əlaqələrin pozulması nə Türkiyənin, nə ABŞ-ın, nə də NATO-nun mənafelərinə xidmət etməyəcək.

Danışıq zamanı bu məsələ ilə bağlı iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Kənan Məmmədov
Azvision.az




Teqlər: Türkiyə   NATO   ABŞ   S-400   Akar  





Xəbər lenti