Azərbaycanda məhkəmə sədri və iki hakim işdən çıxarılıb

   Azərbaycanda məhkəmə sədri və iki hakim işdən çıxarılıb
  12 İyul 2019    Oxunub:3258
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Şuradadan Azvision.az -a verilən məlumata görə, iclasda qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Gəncə İnzibati-iqtisadi məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl rayon məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.

Həmçinin qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.

Azvision.az


Teqlər: Hakim  





Xəbər lenti