"Azərbaycanla Aviasiya sazişini imzalamağa çox yaxınıq" - Aİ səfiri

   "Azərbaycanla Aviasiya sazişini imzalamağa çox yaxınıq" -    Aİ səfiri
  12 İyul 2019    Oxunub:1801
"Avropa İttifaqı Azərbaycanla Aviasiya sazişini imzalamağa çox yaxındır". Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Ketsutis Yankauskas bildirib.
O qeyd edib ki, hazırda bununla bağlı Azərbaycan tərəfindən təkliflər gözləyirlır: "Bu sazişin imzalanması Azərbaycanda rifahın, turizmin inkişafına, həmçinin ölkənin nəqliyyat habına çevrilməsinə yardım edəcək. Bu məsələdə ləngimə, yubanma turizmin və regional əməkdaşlığın inkişafı üçün qaçırılmış imkandır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:   Saziş  





Xəbər lenti