Ordunun kadr işləri üzrə heyətinin toplanışı keçirilib
Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü və müasir ordu quruculuğu sahəsində gördüyü əvəzsiz xidmətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini qeyd edən nazir müavini kadr orqanlarının ordunun mühüm xidmət sahələrindən biri olduğunu, Müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini və daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək 2019-cu ilin birinci yarısında kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azvision.az