Aİ-Azərbaycan tərəfdaşlıq sazişi üzrə danışıqlar yekun mərhələdədir
Səfir qeyd edib ki, Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Azərbaycana bu günlərdə baş tutan səfəri onun regiona son səfəri idi: "Prezident Tuskun bundan öncəki səfərindən bəri Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr daha da möhkəmlənib. O, Prezident İlham Əliyevlə görüş zamanı qeyd etdi ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq müsbət dinamikaya malikdir və biz bu bəyənatla tam razıyıq".
K.Yankauskas vurğulayıb ki, hazırda Azərbaycan və Avropa İttifaqı yeni tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar yekun mərhələdədir: "Biz, həmçinin hazırda Avropa İttifaqı və Azərbaycan arasında aviasiya sazişini də aktiv şəkildə müzakirə edirik. Bu saziş üzrə də danışıqlarda yaxşı irəlililəyişlər əldə olunub. Ötən il biz həmçinin Azərbaycanla təhlükəsizlik və nəqliyyat sahəsində də dialoqa başlamışıq. Həmçinin gələcəkdə əməkdaşlığımızın əsasını təşkil edən Avropa İttifaqı - Azərbaycan tərəfdaşlığının prioritetlərinə dair də saziş imzalamışıq. Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşı və Azərbaycana ən çox investisiya yatıran tərəfdaş olaraq qalmaqdadır".
Səfir əlavə edib ki, bu il keçirilən Aİ - Azərbaycan biznes forumunda, rekord sayda, 800 nümayəndə iştirak edib.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Aİ Azərbaycan