Milli Məclisin iclası bitdi, deputatlar tətilə çıxdı - Yenilənib
İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıb. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.
***
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb. Azvision.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrlik etdiyi iclasın gündəliyinə 28 məsələ daxil edilib.
Qeyd edək ki, deputatlar gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: MilliMəclis İclas