Almaniyada Mədəniyyət Mərkəzi yaradılır- Sərəncam

   Almaniyada Mədəniyyət Mərkəzi yaradılır-    Sərəncam
  11 İyul 2019    Oxunub:1751
Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

Azvision.az



Teqlər: Almaniya   prezident   sərəncam  





Xəbər lenti