FHN Bakı sakininin köməyinə çatdı

FHN Bakı sakininin köməyinə çatdı
  11 İyul 2019    Oxunub:1855
FHN bağlı qapı arxasında qalan şəxsi xilas edib.
Azvision.az FHN -nin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   çağırış  





Xəbər lenti