Ceyhun Məmmədov medalla təltif edilib

Ceyhun Məmmədov medalla təltif edilib
  11 İyul 2019    Oxunub:3215
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azvision.az -a verilən məlumata görə, rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Yubiley medalı bu gün – 10 iyul 2019-cu il tarixdə – Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən, i.f.d. Ceyhun Məmmədova təqdim edilib.

Aİİ-nin rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi İnstitutun kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib:

“Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və İnstitutun kollektivi adından səmimi minnətdarlığımı bildirir, təşəkkür edirik. Bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.

Məlumat üçün bildiririk ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.



Azvision.az



Teqlər:





Xəbər lenti