GMO olan məhsulların adı açıqlandı - SİYAHI

   GMO olan məhsulların adı açıqlandı -    SİYAHI
  10 İyul 2019    Oxunub:15366
Bəzən saxta reytinq üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğunu bildirən "ekspert"lər nəzərə almalıdırlar ki, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, Ümumdünya Səhiyyə təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş təsiri aşkar olunmayıb.

Qeyd olunub ki, Avropa komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Hal-hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur

Geni modifikasiya olunmuş bitki növlərinin Siyahısı:

1 Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ
2 Yemiş (Cucumis melo) ABŞ
3 Alma (Malus x Domestica) Kanada, ABŞ
4 Kartof (Solanum tuberosum L) Rusiya
5 Əkin yoncası (Medicago sativa)
Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ
6 Lobya (Phaseolus vulgaris) Brazilya
7 Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland
8 Badımcan (Solanum melongena) Bangladeş
9 Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ
10 Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya
11 Gavalı (Prunus domestica) ABŞ
12 Raps (Brassica rapa) Kanada
13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ
14 Qızıl gül (Rosa hybrida)
Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ
15 Saflor (Carthamus tinctorius L.) Avstraliya
16 Soya (Glycine max L.)
Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam
17 Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ
18 Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ
19 Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ
20 Şirin bibər (Capsicum annuum) Çin
21 Tütün (Nicotiana tabacum L.) AB, ABŞ
22 Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ
23 Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ
24 Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç
25 Adi kasnı (Cichorium intybus) ABŞ
26 Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ
27 Evkalipt (Eucalyptus sp.) Brazilya
28 Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ
29 Petunya (Petunia hybrida) Çin
30 Qovaq (Populus sp.) Çin

Azvision.az


Teqlər: GMO  





Xəbər lenti