Bakının su altında qalan ərazilərində drenaj qurulacaq

   Bakının su altında qalan ərazilərində drenaj qurulacaq
  10 İyul 2019    Oxunub:1833
Bu ilin sonu Bakının su basan ərazilərində yağış-kanalizasiya sistemi qurulacaq.
Azvision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. "Azərsu"nun rəsmisi bildirib ki, bununla bağlı təkliflər hazırlanır.

"Bakı şəhərinin ətraf ərazilərinin su basma hallarının qarşısını almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi layihəsini planlaşdırırıq. Layihə bu ilin sonuna qədər reallaşacaq".

A.Cəbrayıllı qeyd edib ki, Bakı ətrafı qəsəbələrdə kanalizasiya sistemleri demək olar ki, yoxdur. "Olan kanalizasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakı ətrafı qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz olacaq".

Aytən Zəhra
Azvision.az



Teqlər: Yağış   Kanalizasiya  





Xəbər lenti