Məktəblilər “Bakcell”in qonağı oldu

Məktəblilər “Bakcell”in qonağı oldu
  10 İyul 2019    Oxunub:1779
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin ofisində “Dərs Evi” tədris mərkəzinin keçirdiyi “Yaaay!” proqramının iştirakçıları ilə görüş keçirilib.
Proqramda iştirak edən məktəblilər Bakcell şirkətinin Əlaqə Mərkəzinə səfər edib, 7x24 rejimində fəaliyyət göstərən mərkəzin iş prinsipi ilə tanış olub, operatorların abunəçilərlə danışığını izləyib, abunəçilərlə ünsiyyət qaydaları barədə məlumatlandırılıblar. Əlaqə Mərkəzinin əməkdaşları onların çoxsaylı suallarını cavablandırıb.



Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bakcell abunəçiləri “555” Əlaqə Mərkəzinə zəng vurmaqla və ya “Mənim Bakcellim” mobil tətbiqetməsindən istifadə etməklə öz mobil nömrələri ilə bağlı bir çox əməliyyatları həyata keçirə bilərlər.



Məktəblilərə peşə seçimində dəstək göstərmək məqsədi daşıyan “Yaaay!” proqramı çərçivəsində VIII-XI sinif şagirdləri IT, incəsənət, səhiyyə, mühəndislik, təhsil, aqro-biznes, maliyyə, nəqliyyat, telekommunikasiya, inşaat, turizm və otelçilik sahələrində fəaliyyət göstərən şirkətlərə səfər edib, onların iş prosesi ilə yaxından tanış olub özlərini bu peşələrdə sınamaq imkanı əldə edirlər.




Azvision.az


Teqlər: Bakcell  





Xəbər lenti