Bakıda NATO-nun işçi görüş keçirilir - VİDEO

   Bakıda NATO-nun işçi görüş keçirilir -    VİDEO
  10 İyul 2019    Oxunub:3722
NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan ƏİK Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır.



İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir.
Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.







Azvision.az


Teqlər: MN   NATO  





Xəbər lenti