FHN Gəncədə maarifləndirmə tədbiri keçirib

FHN Gəncədə maarifləndirmə tədbiri keçirib
  10 İyul 2019    Oxunub:2139
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Gəncə şəhərindəki 2 nömrəli uşaq bağçasının kollektivi ilə birgə iyulun 9-da “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib.
FHN-dən Azvision.az -a bildiriblər ki, toplantının keçirilməsində məqsəd müəssisənin kollektivinə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə zəlzələ, “112” qaynar telefon xətti”, dəm qazı, yanğınlar, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub.

Sonda mövzulara dair suallar cavablandırılıb.


Teqlər: FHN   Gəncə   Maarifləndirmə  





Xəbər lenti